HerStory.az

İnqilabdan sağ çıxıb, Parisi tapmaq: Baninin hekayəsi

Gəlin hekayəmizə o illər Azərbaycan üçün adi sayılan hadisə ilə başlayaq – onların həyətində qara qızıl fontan vurmuşdu. Sərvət, xarici mürəbbiyələr və müəllimlər, ən gözəl libaslar və səyahətlər. Qəhrəmanımızın babası Şəmsi Əsədullayev “Allahın sevimlisi”, “bəxtəvər bəndəsi” idi. 4 qızdan ən kiçiyi olan Ümm əl-Banu 1905-ci ildə dünyaya göz açır. Anası onu dünyaya gətirərkən vəfat edir. Adətən ailələrdə ən kiçik uşaq ərköyün və şıltaq olur, lakin bu qızcığazın əhvalatı tam fərqlidir.

 Özüm o vaxt dünyaya gəlsəm də, ağlımın kəsməsinə, şüurlu həyata qədəm qoymağıma hələ neçə il lazım idi. Bu həyat isə atamın mənə Berlindən gətirdiyi oyuncaqlarla başladı. Gözümü dünyaya qəribə səs çıxaran məxmər pişiklə, meşindən düzədilmiş boz filin belinə minən yaraşıqlı hindliylə, alabəzək geyimli xırdaca klounla açdım. Mən bütün bunların hamısını gördüm, duydum, şənləndim və yaşamağa başladım.

 Uzun illər sonra “Qafqaz Günləri” adlı avtobioqrafik romanında Ümm-əl Banu bayram günlərində gözəl melodiyaların səsləndiyi və zərli lampaların yandığı böyük bir evin qayğısız həyatından bəhs edəcəkdir. Milad ağacının ətri, Novruz şirniyyatlarının dadı, qızıl zinət əşyalarının cingiltisi və nənəsinin hamamında bitməyən söhbətlər haqqında xatirələr onun yaddaşına həmişəlik həkk olunmuşdu …

 Uşaqların çoxu kimi mən də hər şeyi canlı sanır, əşyalarla, ağaclarla söhbətləşirdim, hamının cansız saydığı əşyaların yanına qaçıb onlarla söhbət edirdim. Hamının cansız hesab etdiyi şeylər mənim üçün cansız deyildi,  onların da hissləri vardı və hətta mənə elə gəlirdi ki, onlar salamıma sadə bir dillə cavab da verirdilər. Sadəcə, bu cavabı eşitməyi bacarmaq lazım idi, həmin dili başa düşən isə az tapılardı. Mənim gördüyüm aləmi böyüklərin görə bilməməsini haqsızlıq sanır və onları kor hesab edirdim. Görə bildiklərimin bir hissəsini böyüklər heç görmür, bir hissəsini də dumanlı şəkildə təsəvvür edirdilər. Bir yandan onlara həm yazığım gəlir, bir yandan onların bu korluğu  məndə nifrət oyadırdı.

 Qızcığaz çox qəribə bir vaxtda dünyaya göz açır. Yaşadığı yerdən bir addım uzaqlaşmadan, o, üç ölkənin – Rusiya İmperiyasının, Azərbaycan Demokratik Respublikasının və nəhayət Sovet İttifaqının  vətəndaşı olur. Amma hər şeyi başdan başlayaq.

 1917-ci ildə İnqilab baş verir, imperiya dağılır. Bakıda vəziyyət gərgindir və sürətlə, gözlənilməz şəkildə dəyişir. Daşnakların qanunsuzluğundan sonra sağ çıxan ailə qırğından qaçmaq üçün İrana altı aylıq məcburi səfər edir. Lakin ölkə tarixinə yazılan yeni bir səhifə ilə evlərində həyat yenidən yaxşılaşmağa başlayır …

 Minarələri və neft buruqları ilə tanınmış şəhərimiz Müstəqil Azərbaycan Respublikasının paytaxtına çevrildi. Yeni respublikanın parlamenti təsdiq olundu və buradakı partiyaların sayı az qala parlament üzvlərinin sayına çatırdı.  Respublika öz ordusunu da yaratdı və bu orduya ömründə əlinə tüfəng almamış kasıb gənclər toplandı, hərbi parad keçirildi, vətənpərvər hisslərlə dolu çıxışlar dinlənildi.  Nəhayət, gənc bir vətənpərvərin tələm-tələsik yazdığı milli himn  səsləndi. Yaxşı təşkil olunmuş bütün respublikalarda olduğu kimi, bu respublikanı da prezident və nazirlər idarə edirdi. Atam ticarət naziri təyin olundu.  Evimiz nazir evinə çevrildiyinə görə  qapımızda daima iki azərbaycanlı əsgər keşik çəkirdi. Atam çiynindən aşırdığı enli sarı lenti Müstəqil Azərbaycan Respublikası və nazirlik ləğv olunana qədər geyimindən ayırmadı. Biz isə atamın vəzifəsi ilə fəxr edirdik. 

Dörd nəvəsinə böyük miras qoyan ana babası Musa Nağıyevin ölümündən sonra on üç yaşlı qız saysız-hesabsız sərvət sahibi olur. Amma bu milyonçuluq çox çəkmədi. 

 Bir neçə gün sonra səhər tezdən küçədə çalınan “İnternasional” himninin səsinə yuxudan oyandım. Yerimdən qalxanda gördüm ki, küçədəki əsgərlər nə görkəmcə, nə də geyimcə Azərbaycan əsgərlərinə oxşayır. Yanılmamışdım, onlar rus əsgərləri idilər. 

Gecəyarısı bir zirehli qatar – tək bircə qatar təzə Müstəqil Azərbaycan Respublikasının təzə sərhədini keçib Qırmızı Ordu əsgərlərini  yuxulu Bakı vağzalına gətirmişdi. Beləliklə, azərbaycan ordusu heç bir atəş də açmadan yoxa çıxmışdı. Respublika məhv olmuş, qalib Rusiya isə öz əvvəlki varını özünə qaytarmışdı. Mən öz gözlərimlə bir dünyanın sonunu gördüm.   

 Var-dövlət əldən çıxır, hətta onun atası həbsxanaya düşür. Faciəli hadisələrdən əvvəl ailənin bir hissəsi təsadüfən Fransaya gedir. Banin (o, kitablarını məhz belə imzalayırdı), bu qəribə dövrdə Bakıda qalır. Yalnız 1924-cü ildə qız Parisə köçə bilir.

 Paris… “Mən Parisdəyəm” ifadəsinin mənasını tam yaşamaq üçün dünyanın o tayında cəhənnəm əzablarından keçmək lazımdır. Ömrü boyu Paris arzusunda olan insan üçün bu şəhər cənnət qapılarına bənzəyir. O, xəyaldan gerçəkliyə çevrilərək daşları və küçələri, meydanları və abidələri ilə göz önündə canlanırdı.  

 İttifaqın mühacirləri “çamadan” əhval-ruhiyyəsi ilə yaşayırdılar – düşünürdülər ki, bu gün-sabah geri dönəcəklər. Banin isə xəyal qurmur və hərəkətə keçir. Keçmiş milyonçu fransız şirkətində işə düzəlir, dizayner evlərinə üz tutur, model işləyir, tərcüməçilik ilə məşğul olur. Yeri gəlmişkən, ata evində aldığı əla təhsil ona tez bir zamanda yeni həyatında ayağa qalxmağa kömək edəcək.

 Onun mühacirliyə qədər olan həyatı “Qafqaz Günləri” memuarlarında ətraflı təsvir edilmişdir. Kitab 1945-ci ildə işıq üzü görür. Bu kitab Baninin ilk əsəri olmasa da, sirli müsəlman qadınının həyatından bəhs edən romandan sonra o, məşhurluq qazanır. Fransa hər zaman nadir və təəccüblü şeyləri məmnuniyyətlə qəbul edib – eyni tərzdə Banini da qəbul etdi. Kitab ardınca kitab, ad-san, onu yüksək dairələrdə qəbul edirlər – məgər bu uğur deyildimi?

 Onun ilk əsərini alman zabiti, yazıçı və mütəfəkkir bəyənəcək. Onların dostluğu və münasibətləri haqqında Banin “Ernst Junger ilə görüş” kitabında bəhs edir. Həyatının hər parçası  – mütləq uğur qazanacaq növbəti kitabının məzmunu üçün sanki taleyin bir  hədiyyəsinə çevrilir.

 Bir dəfə onu müxtəlif yollarla mühacirlər dəstəsinə çəkməyə çalışan rəfiqəsinin evində bir fotoşəkil görür. Şəkildəki şəxsin siması onun diqqətini cəlb edir. Ev sahibəsi onların tanışlığını təxirə salmayacaq. Şəkildəki insan isə – söhbət Nobel mükafatçısı İvan Bunindən gedir –  ilk baxışdan Baninə dəlicəsinə aşiq olacaq.

 İvan Bunin nəinki Parisdə, düz Baninin evinin yaxınlığında yaşayırdı. O, Baninlə görüş axtaracaq, onu ziyarət edəcək, “Şamaxı çariçasını” məftun etməyə çalışacaq (bu arada Banin doğrudan da Şamaxıda doğulub). Onlar saatlarla söhbət, mübahisə edə bilərdilər, lakin Baninin qəlbinin qapıları heç vaxt ona açılmayacaq. 3 ay davam edən görüşlər, lakin müvəffəqiyyətsiz nəticə. Bunin bu ağıllı və istedadlı qadının müstəqilliyini rədd edirdi. Banin belə bir şeyi qəbul edə bilməzdi. Bunin isə Banin tərəfindən rədd edilməsinə, anlanılmamasına, incidilməsinə tab gətirmirdi. O, öz əsərlərində – taleyi idarə edən, həyat arabasının haraya gedəcəyinə qərar verən biri idi. Lakin hansısa “canım” (Banini belə çağırardı) buna imkan vermir, onun hüdudsuz rus qəlbinin böyük qüdrətini anlamır, onu yazıçı, nəsr yaradıcısı kimi qəbul etmir. Bu arada Banin “Zaman və biz” jurnalında yazıçıya həsr olunmuş “Buninin son döyüşü” adlı romanından parçalar dərc etməyə başlayır.

 Qarabağ müharibəsi illərində, Azərbaycan informasiyadan təcrid olunduqda, o, bu münaqişə ilə bağlı jurnallara və qəzetlərə tez-tez çoxlu məqalələr göndərirdi. “Mən hər şeyin şahidi olmuşam, mən 1905-ci ildə anadan olmuşam” – deyirdi. Və onun üçün bütün qapılar açıq idi.

 Banin üçün insanın hansı ölkədən olduğu, haradan gəldiyi və nələr yaşadığı vacib deyildi. Fərdilik – onun üçün insan obrazının apogeyi məhz budur. Budur, onun üçün ən vacib olan. O, qorxusuz idi, özünəməxsus söz söyləməkdən çəkinmirdi, onun hər bir hadisə üçün öz fikri var idi. Böyük ədəbi istedada malik olan Banin bizlər üçün zəngin miras qoymuşdu. Və biz bu mirası, bu əsərləri illər boyunca araşdıra bilərik… 

View this post on Instagram

A post shared by HerStory.az | Empowering Azerbaijani Women and Shaping Futures (@herstory.az)

Related posts

BROWSE ALL
  • April 11, 2025

Azərbaycanın qızıl klassikləri: Elza İbrahimovanın musiqi dahisi

Azərbaycanda yaşından asılı olmayaraq elə bir insan yoxdur ki, onun repertuarından istənilən bir melodiyanı zümzümə etməsin. Onun mahnıları o qədər sevilirdi ki, hələ bəstəkarın sağlığında artıq bu əsərləri xalq mahnıları adlandırırdılar.
  • April 11, 2025

Жена Поэта в Сталинских Репрессиях: Шукрия

1993 год, Шамкирский район. Журналист берет интервью у очень пожилой женщины. Следы времени отпечатались в ее глубоких морщинах, а глаза полны страдания. Ей трудно говорить, больно вспоминать... Воскрешая в своей памяти дела давно минувших дней, она вопрошает сквозь слезы, дрожащим голосом: "Что я плохого сделала?" Но на этот вопрос нет…
  • April 11, 2025

Nigar Shikhlinskaya: Love, Loss, and Unyielding Determination

Nigar was born into the family of Mirza Huseyn Afandi Gayibov, a prominent religious figure and an exceptionally educated man. Devoted to science and enlightenment, Mirza Hussein firmly defended women’s right to education, often saying, "There is no such prohibition in the Shari'a." He ensured his two daughters received the…
  • December 7, 2024

Letters from Siberia: Huseyn Javid’s Final Days and Resilient Mishkinaz

Mishkinaz and Javid lived in neighboring houses divided by the Bazarchay River. Javid spent much time by the river, and Mishkinaz often watched him from her window as he walked there in the mornings. Mishkinaz was close friends with Javid's nieces, Rubaba and Saltanat, who frequently visited one another. Their…
  • November 15, 2024

Dilbərnamə: Mikayıl Müşfiq və Dilbərin sevgi hekayəsi

Mikayıl Müşfiqin Dilbərlə olan sevgi hekayəsi romantika, dözüm və ədəbi irsə olan ehtiramla doludur. Siyasi təqiblərə və şəxsi itkilərə baxmayaraq, Dilbər Müşfiqin işlərini və xatirəsini qoruyub saxlayaraq onların güclü hekayəsi ilə nəsilləri təsirləndirdi.
BROWSE ALL

AUTHOR

HerStory.az

Empowering Women and Shaping Futures

Categories

Popular Posts

Tag Cloud

Visit

Cavasa blogging is a website for bloggers to share their experience. It is a platform to share their thoughts and experience freely.

#Gallery

#Contact Us