HerStory.az

Hamının sevimlisi – Nəsibə Zeynalova

1918-ci il. Cavan ailə iki yaşlı qızı ilə birlikdə İrandan vətəninə qayıdır. Yolda qızın atası Kərbəlayi Cahangir gəmidə vəfat edir.

Cahangir Zeynalov həm aktyor, həm də tacir idi. O, teatrı çox sevirdi və öz evində məşqlər üçün böyük bir otaq ayırmış, orada səhnə quraşdırmışdı. Hacıağa Abbasov, Hüseyn Ərəblinski, Bədəl bəy Bədəlbəyli burada öz rollarını məşq edirdilər. O, Azərbaycan realistik teatrının formalaşmasında, müsəlman dramatik aktyorlar korporasiyasının yaradılmasında mühüm rol oynamışdı.

Nəsibənin taleyində çox çətinliklərlə üzləşmək var idi. Nə vaxtsa onun atası 40 otaqdan ibarət evin sahibi idi. İndi isə o, çardaqda kiçik bir otaqda yaşayırdı, tezliklə isə onu oradan da çıxardacaqdılar.

On dörd yaşında  o, ailəsinə dəstək olmaq üçün önünə çıxan hər işə razılaşır. Anası Hüsniyyə xanım ikinci dəfə ailə həyatı qurur, ancaq vəziyyət daha da qəlizləşir. Belə ağır günlərdən başqa balaca Nəsibənin kiçik xoşbəxtlik dəqiqələri də olurdu. O, rəqs dərslərinə gedirdi, hansı ki, gələcəkdə ona çox gərəkli olacaqdı. Əynində güllü köynək, uzun ətək, başında yaylıq, əlində iki nəlbəki ilə o, evdə şifonerin qırıq güzgüsünün qarşısında “Nəlbəki” musiqisinin sədaları altında rəqs edir.

Qızcığazda yaradıcı potensialı Filarmoniya truppasının direktoru Şəmsi Bədəlbəyli kəşf edir. Onunla küçədə rastlaşırlar. “Sabah, filarmoniyaya gəl. Mənə elə gəlir ki, sənin böyük istedadın var. Hər şey bir yana, ola bilməz ki, Kərbəlayi Cahangirin qızı oxuyub, oynaya bilməsin. Mütləq gəl!” Anasını güclə yola gətirərək o, Filarmoniyada bəxtini sınayır. 

1937-ci ildə Nəsibə görkəmli aktyor Rza Təhmasibin dramatik dərnəyinə daxil olur və Azərbaycan üzrə ilk qastrollarına başlayır. Ancaq o, aza qane olmaq istəmir. İrəlidə onu Bakı teatr məktəbi, Dövlət Musiqili Komediya Teatrının truppası gözləyir. O öz təhsilini Azərbaycan İncəsənət İnstitutunda başa vurur. Nəsibə xanımın Aleksandr Tuqanov, Mühərrəm Həşimov, Ağasadıq Gəraybəyli kimi adlı-sanlı pedaqoqlardan dərs almaqda bəxti gətirir.

Cağbacağ pulları əlində bərk-bərk tutaraq evə, anasını sevindirməyə tələsir. Günü-gündən Nəsibə öz istedadını inkişaf elətdirir.

Nəsibə xanım yalnız teatrda çıxış etmir, həm də filmlərdə çəkilirdi. O, Hacıbəyovun “Ər və arvad”,  “Arşın mal alan”,  “O olmasın, bu olsun” kimi klassik operettalarında rol alır. Ancaq həmişə xüsusi yumor hissi ilə seçilən Nəsibə xanım ən çox komediya rollarında gözəl oynayır. 

Aktrisanın təbəssümü ( Nəsibə Zeynalova haqqında film, 1974) – YouTube 

27:16 – 27:25

Onun arsenalında Xanpəri ( “Dərviş Məstəli şah”, Mirzə Fətəli Axundzadə); Nargilə ( “Gözün aydın”, Mühərrəm Əlizadə və Fikrət Əmirov); Şərəf və Nisə (“Durnalar”, Süleyman Rüstəm və Səid Rüstəmov) və bunlardan başqa 40-dan çox rolu var.  Onun Cənnət xala obrazı (“Qayınana”, Məcid Şamxalov və Zakir Bağırov) Azərbaycan qayınanasının kollektiv obrazına çevrilmişdi.

Qaynana (filim,1978) Yerli Filim – YouTube 

9:15-9.20

Onu qarşıda hələ çox güllər və mükafatlar gözləyirdi, ancaq ən vacib mükafatı – tamaşaçı sevgisini o, artıq qazanmışdı. Nəsibə Zeynalova 11 dəfə xalq deputatları sovetinə üzv seçilmişdi.

Haqqında danışacağımız ən qəribə sevgi hekayəsi, yəqin ki, məhz Nəsibə xanımın başına gəlmişdi. 

O, çox işləyirdi, artıq 38 yaşı var idi, şəxsi həyatı alınmamışdı və o hələ də analıq səadətini dadmamışdı. Mütəllib Novruzov onun həyatına fırtına kimi daxil olmuşdu. Onları Mirzə Babayev tanış etmişdi. Mütəllib çox gözəl musiqiçi idi, kamançada ifa edirdi, muğam dərsləri verirdi. O, Nəsibə xanımı dəlicəsinə qısqanırdı və dostları ilə deyib-gülməsini qaş-qabaqla izləyirdi. Bir gün özünü saxlaya bilməyib onun qrim otağına daxil olur və izahat tələb edir. Onun təəccüblənməsinə məhəl qoymayaraq “Haqqın yoxdur!” – deyir və şillə vurur, sonra isə gözlənilmədən onu öpür. Azərbaycan teatrının səhnə arxasında bax belə italyan ehtirasları hökm sürürdü.

Aktrisanın təbəssümü ( Nəsibə Zeynalova haqqında film, 1974) – YouTube 

26:07 -26.37

Əlbəttə ki, müasir reallıqda belə bir şeyi təsəvvür etmək mümkün deyil, ancaq həmin an kifayət qədər gənc olan Mütəllibi nə aktrisanın uğurlarının, nə də aralarında on bir il yaş fərqinin qorxutmaması təqdirə layiqdir. O öz hisslərini biruzə verməkdən çəkinmir və ona əziz olanın sevgisinə nail olmağa can atır. 

Aktrisanın təbəssümü ( Nəsibə Zeynalova haqqında film, 1974) – YouTube 

35:58 -36.09

Nəhayətində onlar ömür yolunu əl-ələ keçirlər və sonadək birlikdə olurlar.

Həyat yoldaşının təkidi ilə Nəsibə xanım onun soyadını götürür və Novruzova olur. Ancaq afişalarda artıq məşhur olan və tamaşaçı tərəfindən sevilən “Zeynalova” yazılır. Nəsibə xanıma bu uyğunsuzluğa görə cərimə yazırlar. O, yoldaşının soyadından imtina etməli olur. 

https://www.youtube.com/watch?v=YuiM40Q1NQA

14:00 — 14.35

Sevimli həyat yoldaşının və aktrisanın atasının şərəfinə Cahangir adlandırılan yeganə oğlu sevgi içərisində lakin sərt qaydalarla böyüyür. Ana güzəştə getmir – həyatın bütün tərəflərini bilməlisən.

Aktrisanın təbəssümü ( Nəsibə Zeynalova haqqında film, 1974) – YouTube 

18:50 -19:02 

 Daha sonra o öz adını oğlunun qızına verir, hətta rəsmi olaraq onu öz qızı kimi sənədləşdirir. Balaca qızı özü ilə qastrollara aparır, ancaq ona qarşı da oğluna olduğu kimi sərt olur. Onu hətta məktəbdə son zənginə buraxmır. 

O qonaqları sevirdi və həmişə yaxşı bir xanım kimi onlara gözəl süfrə açardı, Nəsibə xanım çox dadlı yeməklər bişirərdi.

Ancaq həyat yoldaşının ölümünü o, ağır qarşılayır və özünə qapanır. Digər yarısı onu tərk etmiş, onsuz xoşbəxt ola bilmədiyi həyatda tək qoymuşdu… O, teatrdan gedir və ömrünün son gününə kimi yoldaşının həsrətini çəkir. 10 mart 2004-cü ildə bu dünyadan köçür.  Ancaq hələ də onun ekranda görüntüsü hər birimizin üzündə gülüş doğurur…

Related posts

BROWSE ALL
  • August 8, 2025

Sibirdən məktublar: Hüseyn Cavidin son günləri və sarsılmaz Müşginaz

Hüseyn Cavid və Mişkinazın hekayəsi təsadüfi baxışlardan başlayıb ömürlük birliyə çevrildi. Cavid Mişkinazı savadlandırdı, o isə şairin ən sadiq oxucusuna və dəstəyinə çevrildi. Lakin 1937-ci ilin qara gecəsi bu xoşbəxtliyi yarıda qoydu: Cavid sürgün olundu, ailə isə ağır sınaqlardan keçdi. Bütün çətinliklərə baxmayaraq Mişkinaz şairin əsərlərini qorudu və onun irsini…
  • June 27, 2025

Stalin repressiyalarında bir şairin yoldaşı: Şükriyyə

1993-cü il, Şəmkir rayonu. Jurnalist çox yaşlı bir qadından müsahibə alır. Qadının dərin qırışlarında zamanın izləri yer alıb. Gözlərində kədər, iztirab görünür. Onun üçün danışmaq çətin, xatırlamaq ağırdır ... Keçmiş günlərin əməllərini yaddaşında dirildərək göz yaşlarını saxlaya bilmir, titrək səslə: "Mən nə pislik etmişdim axı?" sualını verir. Sanki cavab gözləyir.…
  • June 13, 2025

Surviving Revolution, Finding Paris: The Story of Banin

The story begins with an event that was quite common in Azerbaijan at the time—oil was struck in the backyard. This “black gold” brought immense wealth, foreign tutors and servants, luxurious clothes, and travel opportunities around the world. Banin’s grandfather, Shamsi Asadullayev, became what people called "Allah’s favored son." Umm…
  • April 11, 2025

Azərbaycanın qızıl klassikləri: Elza İbrahimovanın musiqi dahisi

Azərbaycanda yaşından asılı olmayaraq elə bir insan yoxdur ki, onun repertuarından istənilən bir melodiyanı zümzümə etməsin. Onun mahnıları o qədər sevilirdi ki, hələ bəstəkarın sağlığında artıq bu əsərləri xalq mahnıları adlandırırdılar.
  • April 11, 2025

Жена Поэта в Сталинских Репрессиях: Шукрия

1993 год, Шамкирский район. Журналист берет интервью у очень пожилой женщины. Следы времени отпечатались в ее глубоких морщинах, а глаза полны страдания. Ей трудно говорить, больно вспоминать... Воскрешая в своей памяти дела давно минувших дней, она вопрошает сквозь слезы, дрожащим голосом: "Что я плохого сделала?" Но на этот вопрос нет…
  • April 11, 2025

Nigar Shikhlinskaya: Love, Loss, and Unyielding Determination

Nigar was born into the family of Mirza Huseyn Afandi Gayibov, a prominent religious figure and an exceptionally educated man. Devoted to science and enlightenment, Mirza Hussein firmly defended women’s right to education, often saying, "There is no such prohibition in the Shari'a." He ensured his two daughters received the…
BROWSE ALL

AUTHOR

HerStory.az

Empowering Women and Shaping Futures

Categories

Popular Posts

Tag Cloud

Visit

HerStory.az was created in 2017 by Arzu Jaeed as a labor of love — entirely self-funded, born from a deep sense of responsibility to document and celebrate the lives, struggles, and contributions of Azerbaijani women across time.

#Gallery

#Contact Us