HerStory.az

Azərbaycanın qızıl klassikləri: Elza İbrahimovanın musiqi dahisi

Azərbaycanın qızıl klassikləri: Elza İbrahimovanın musiqi dahisi

Azərbaycanda yaşından asılı olmayaraq elə bir insan yoxdur ki, onun repertuarından istənilən bir melodiyanı zümzümə etməsin. Onun mahnıları o qədər sevilirdi ki, hələ bəstəkarın sağlığında artıq bu əsərləri xalq mahnıları adlandırırdılar. 

Söhbət Azərbaycanın musiqi dünyasının ən təvazökar, özünə qapalı və istedadlı nümayəndələrindən biri olan  Elza İbrahimovadan gedir.

Elza xanımın ana babası Vahab XX əsrin əvvəllərində Dağıstanda II Nikolayın şəxsi mühafizəsində çalışırdı. Elza xanımın ata tərəfdən ulu babası İbrahim zəngin tacir idi, Dağıstandan Bakıya tez-tez səfər edirdi. Onun oğlu Atluxan (Elza xanımın babası) 1865-ci ildə Bakıda anadan olur. O, Biləcəri parovoz deposunun çilingərlik emalatxanasına rəhbərlik edirdi və çilingərlik üzrə dərs verirdi. 1903-cü ildə Biləcəridə oğlu İmaməddin – Elza xanımın atası dünyaya gəlir. Elza xanımın anası Sona-xanım 1928-30-cu illərdə Leninqraddakı mamalıq məktəbini bitirir və təsadüfən Bakıya qohumlarının yanına gəlir. Bakıda gələcək həyat yoldaşı İmaməddin ilə tanış olur. Həmin dövrdə artıq İmaməddin Dəvəçi stansiyasının parovoz deposunun rəisi idi, sonralar isə Azərbaycanda dəmir yolu nəqliyyatında ən məsul sahələrə rəhbərlik edirdi.

1943-cü ildə Biləcəri parovoz deposunun rəisi dartıcı qüvvə polkovniki (müharibə vaxtı dəmir yol işçilərinin rütbəsi) İbrahimov İmaməddin Atluxan oğlu dövlətin mühüm tapşırığını yerinə yetirmək üçün maşinist briqadası ilə Dərbənd şəhərinə göndərilir. Tehran Konfransına yollanan dövlət başçısı İ.V.Stalinin olduğu qatarı Dərbənddə qarşılamaq və Bakıda müşayiət etmək lazım idi. Maşinistlərə nəzarəti məhz İmaməddin həyata keçirirdi. 

Artıq evli olan Sona xanım Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olunur (1942-1948) və mama-ginekoloq ixsisasına yiyələnir.  İmaməddin İbrahimov 1941-45-ci illərdə Böyük Vətən müharibəsi iştirakçısı olur və ən yüksək dövlət mükafatlarına layiq görülür – Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni, Şərəf Nişanı ordeni ilə təltif edilir.

Ailə başçısı dəmiryolçu olduğundan, onlar tez-tez köçmək məcburiyyətində qalırdılar. Tiflis, Təbriz, Tehran… Böyük qızları Leyla Tiflisdə, kiçikləri Elza Hacıqabul şəhərində, yeganə oğulları Çingiz isə Bakıda anadan olmuşdur.

Musiqi qabiliyyəti Elzada erkən yaşlarında aşkar olundu. Ailədə musiqini çox sevirdilər və balaca qızın sənətə maraq göstərdiyini gördükdə onu müxtəlif yollarla təşviq etməyə başladılar. Uşaqlıqdan balaca Elza xalq musiqisini dinləyirdi və muğamı xüsusilə sevirdi. Ailəsi onu 8 saylı musiqi məktəbinə yazdırdı. Evdə piano olmadığından məşğul olmaq üçün o, qonşularının evinə gedirdi. Və nəhayət, atası piano alır – ХVIII əsrin köhnə, alman, düz simli pianosu. Sumqayıtda yaşayan almanlardan alınan piano qiymətli əşya kimi E.İbrahimovanın evində hələ də saxlanılır. 8№li musiqi məktəbi, A.Zeynallı adına musiqi məktəbində ilk dəfə gənc qızın yaradıcı bacarığını görən və ona musiqi bəstələməyi məsləhət verən istedadlı müəllim Boris Yermolayevin bəstəkarlıq sinfi və nəhayət Qara Qarayevin bəstəkarlıq sinfində təhsil aldığı Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası. Bir musiqiçi üçün dahi bəstəkarın tələbəsi olmaqdan daha böyük xoşbəxtlik nə ola bilər? Hər dəfə tələbələrə əsərin bir hissəsini bəstələməyi tapşıranda, Elza tam hazır əsər gətirirdi. Kompozisiya kimi çətin elmi mənimsəmək hər kəsin edə biləcəyi iş deyil. Lakin Elza üçün bu, çətin deyildi. 

Elzanın istedadını Cövdət Hacıyev, Tixon Xrennikov, Georgi Sviridov, Otar Taktakişvili, Arif Məlikov da yüksək qiymətləndiriblər. Onların hamısı Elzanın istedadının mükəmməl unikallığını qeyd etdilər.

Eyni zamanda, Elza ilk gündən kamera musiqisinə üstünlük  verərək ciddi əsərlər yazırdı. O, fortepiano müəllimi Fəridə Quliyeva ilə birlikdə Konservatoriyanın böyük zalında “Fortepiano və orkestr üçün konsert”i ifa edəndə Qara Qarayev onun əlini sıxır və belə davam etməyi tövsiyə edir. Maestro Niyazi də öz növbəsində bu əsərin fakturasının mürəkkəbliyini qeyd edir.

Onun triumfu ilk mahnıdan başlandı. 16 aprel 1969-cu ildə ilk dəfə efirdə Şövkət Ələkbərovanın ifasında xalq şairi Məmməd Rəhimin sözlərinə yazılmış «Yalan ha deyil» mahnısı səsləndi. Sonra xalq şairi Bəxtiyar Vahabzadənin sözlərinə «Gecə bulaq başında», Yusif Həsənbəyin sözlərinə «Sən bir nəğmə, mən bir nəğmə» və yüzlərlə mahnılar bəstələndi. Bu mahnıları Azərbaycanın ən yaxşı müğənniləri, korifeyləri ifa edirdi. Onlar Azərbaycan estradasının qızıl klassikləri oldu. Bir dəfə B.Vahabzadə Elza xanımdan soruşdu: “Siz rus dilli ola-ola məndən də yaxşı, mənim sözlərimi bu qədər dərindən necə hiss edə bildiniz?”, Elza xanım təbəssümlə cavab verdi. O, həmişə təmkinli, az danışan idi. Ona verilən sualları çox qısa, artıq emosiyalar olmadan cavablandırırdı.

Melodiyalar onun qəlbində demək olar ki, dərhal yaranırdı və o, yalnız onları notlara köçürürdü. Hətta bunu masa arxasında oturaraq, pianosuz edə bilirdi, onun bu qədər dəqiq musiqi duyumu var idi. Bu qədər sakit, təmkinli, təvazökar, sadə bir insanda nə qədər emosiya, duyğu, şövq coşqusu mövcud idi! «Bilməzdim», «Sən yadıma düşəndə», «O gözlər», «Gəl barışaq»… Uzun-uzadı sadalamaq olar. 1971-ci ildə yazılmış ilk Azərbaycan tanqosu «Bu bağçadan keçmisən», 1972-də yazılmış «Qurban verərdim» və digərləri də Elza İbrahimovaya aiddir. Tanqo burjua mədəniyyəti janrı olduğu üçün senzura uzun müddət ifa olunmasına icazə vermirdi.

E.İbrahimova təkcə lirik mahnılarla tanınmır. Onun yaradıcılıq baqajında müxtəlif musiqi janrlarında çoxsaylı əsərlər mövcuddur. Bəstəkarın zirvəsi isə  operadır. O, iki operanın müəllifidir – H.Cavidin eyni adlı əsərinə bəstələnmiş “Afət” və Ramiz Heydərin librettosu üzrə «Yanan laylalar». Üçüncü «Şeyx Şamil» operasına başlamışdı, lakin bəstəkarın onu bitirməyə ömrü yetmədi… 

…Elza xanımın yaradıcılığının zirvələrindən biri – Aslan Abdullayevin sözlərinə yazılmış «Ey Vətən» mahnısıdır. Rəşid Behbudovun ifasında bu mahnı Odlar Yurdunun vizit kartına çevrilərək bütün dünyanı gəzdi. Əfsanəvi müğənni bu mahnının sədaları altında dəfn edildi. Müəllifin vətənpərvər əsərlərindən biri olan bu mahnı 50 ildən artıqdır ki, Azərbaycana xidmət edir və əbədi olaraq xidmət edəcək. Bu mahnıda bəstəkarın çoxmillətli vətəninə – Azərbaycana olan sevgisi və sadiqliyi öz əksini tapır.

Elza xanımın qardaşı Çingiz İbrahimova materialı ərsəyə gətirməkdə göstərdiyi kömək üçün minnətdarlığımızı bildiririk.


View this post on Instagram

A post shared by HerStory.az | Empowering Azerbaijani Women and Shaping Futures (@herstory.az)

Related posts

BROWSE ALL
  • August 8, 2025

Sibirdən məktublar: Hüseyn Cavidin son günləri və sarsılmaz Müşginaz

Hüseyn Cavid və Mişkinazın hekayəsi təsadüfi baxışlardan başlayıb ömürlük birliyə çevrildi. Cavid Mişkinazı savadlandırdı, o isə şairin ən sadiq oxucusuna və dəstəyinə çevrildi. Lakin 1937-ci ilin qara gecəsi bu xoşbəxtliyi yarıda qoydu: Cavid sürgün olundu, ailə isə ağır sınaqlardan keçdi. Bütün çətinliklərə baxmayaraq Mişkinaz şairin əsərlərini qorudu və onun irsini…
  • June 27, 2025

Stalin repressiyalarında bir şairin yoldaşı: Şükriyyə

1993-cü il, Şəmkir rayonu. Jurnalist çox yaşlı bir qadından müsahibə alır. Qadının dərin qırışlarında zamanın izləri yer alıb. Gözlərində kədər, iztirab görünür. Onun üçün danışmaq çətin, xatırlamaq ağırdır ... Keçmiş günlərin əməllərini yaddaşında dirildərək göz yaşlarını saxlaya bilmir, titrək səslə: "Mən nə pislik etmişdim axı?" sualını verir. Sanki cavab gözləyir.…
  • June 13, 2025

Surviving Revolution, Finding Paris: The Story of Banin

The story begins with an event that was quite common in Azerbaijan at the time—oil was struck in the backyard. This “black gold” brought immense wealth, foreign tutors and servants, luxurious clothes, and travel opportunities around the world. Banin’s grandfather, Shamsi Asadullayev, became what people called "Allah’s favored son." Umm…
  • April 11, 2025

Жена Поэта в Сталинских Репрессиях: Шукрия

1993 год, Шамкирский район. Журналист берет интервью у очень пожилой женщины. Следы времени отпечатались в ее глубоких морщинах, а глаза полны страдания. Ей трудно говорить, больно вспоминать... Воскрешая в своей памяти дела давно минувших дней, она вопрошает сквозь слезы, дрожащим голосом: "Что я плохого сделала?" Но на этот вопрос нет…
  • April 11, 2025

Nigar Shikhlinskaya: Love, Loss, and Unyielding Determination

Nigar was born into the family of Mirza Huseyn Afandi Gayibov, a prominent religious figure and an exceptionally educated man. Devoted to science and enlightenment, Mirza Hussein firmly defended women’s right to education, often saying, "There is no such prohibition in the Shari'a." He ensured his two daughters received the…
BROWSE ALL

AUTHOR

HerStory.az

Empowering Women and Shaping Futures

Categories

Popular Posts

Tag Cloud

Visit

HerStory.az was created in 2017 by Arzu Jaeed as a labor of love — entirely self-funded, born from a deep sense of responsibility to document and celebrate the lives, struggles, and contributions of Azerbaijani women across time.

#Gallery

#Contact Us